SƏHİYYƏ

Arağın da faydası varmış

Eyni zamanda həkimlər xəbərdarlıq edirlər ki, osteoxondrozdan əziyyət çəkənlər arağı ancaq xaricə qəbul edə bilərlər, daxilə yox
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. Həkimlər arağın osteoxondroz xəstəliyində müalicəvi effekt verdiyinə diqqət çəkiblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Medikforum" portalı yazıb.

Çernobıl arağı – radiasiyadan süfrənizə

Həkimlər deyirlər ki, xəstəlik güclənəndə bu içki ilə kompres etmək faydalıdır. Onun köməyilə şişkinliyi aradan qaldırmaq olur. Ağrıyan yeri araq qızışdırır və ağrı azalır.

Bildirilir ki, əgər arağa bal qatılıb kompres edilsə, daha güclü effektə nail olmaq mümkündür. Bu kompresi həm də bacardıqca uzun müddət saxlamaq lazımdır.

Eyni zamanda həkimlər xəbərdarlıq edirlər ki, osteoxondrozdan əziyyət çəkənlər arağı ancaq xaricə qəbul edə bilərlər, daxilə yox.