MƏDƏNİYYƏT

Nəsrin Cavadzadə: "Çirkin kişiləri sevirəm, yaraşıqlılar məni hürküdürlər"

Tanınmış azərbaycanlı aktrisanın nənəsi kişilərlə meymunlar arasında maraqlı analogiya aparıb
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. Aktrisa Nəsrin Cavadzadə "Aşk tesadüfleri sever 2" filmi üçün təşkil olunan ziyafət gecəsində iştirak edib. Sputnik Azərbaycan xəbər verir ki, jurnalistlərin qarşısına çıxan Cavadzadə kişilər haqqında fikirlərini bölüşüb. O qeyd edib: "Mən çirkin kişiləri bəyənirəm". Daha sonra aktrisa "Çirkin kişiləri sevirəm, yaraşıqlılar məni hürküdürlər. Nənəm həmişə deyərdi ki, kişi meymundan biraz fərqləndi bəsdi" deyərək fikrini tamamlayıb.

Qeyd edək ki, ziyafət gecəsində filmin yaradıcı heyətinin üzvləri Yiğit Kirazcı, Elif Doğan və Aytaç Şaşmaz və başqaları iştirak ediblər.

Filmin quruluşçu rejissoru Ömer Faruk-İpek Sorakdır.