HADİSƏ

Xaçmazda gənci boğazından bıçaqladılar

Onun vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Xaçmazda bıçaqlanma faktı qeydə alınıb. 

"Gözlərini bağla..." – Kişi sürpriz adı ilə arvadını bıçaqladı

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin Alı Mustafayev küçəsində baş verib.

Aralarında yaranan şəxsi münaqişə zəminində Xaçmaz şəhər sakini, 1996-cı il təvəllüdlü Bəşirov Əziz Zahir oğlu 20 yaşlı Rzayev Nurlan Arif oğluna boğazından bıçaqla xəsarət yetirib. Onun vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.