BAKI, 8 sentyabr — Sputnik. Böyük Britaniyada otellərin birində avstraliyalı turist bir pinta pivə üçün 61200 avro pul ödəyib.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Buzz.ie yazır.
Jurnalist Piter Lalor kriket və pivə barədə bloq aparır. Mançester şəhərində olarkən o, əsl ingilis pivəsi içmək istəyib. Hesab edib ki, içkiyə təxminən 5500 funt-sterlinq ödəyəcək. Ofisiant hesabı gətirib.
Piter eynəksiz olduğundan çekdəki səhvə diqqət yetirməyib. Onun telefonuna isə bir pinta pivəyə görə hesabından 55300 funt-sterlinqin (61200 avro) silinməsi barədə mesaj gəlib. Bundan başqa, Piterin kartından 1500 avro komissiya haqqı da tutulub.
Jurnalist hadisəyə yumorla yanaşıb və öz bloqunda "tarixin ən bahalı pivəsi" haqda yazıb.
Otelin meneceri səhvə görə üzr istəyib və söz verib ki, doqquz gün ərzində vəsait Piterin hesabına geri göndəriləcək.