BAKI, 8 sentyabr — Sputnik. ABŞ-ın qərb sahillərində yerləşən Sietl şəhərinin səmasını bazara keçən gecə yüzlərlə ildırım işıqlandırıb.
Sputnik xəbər verir ki, tufan o qədər güclü olub ki, minlərlə ailənin elektrik enerjisi ilə təminatında fasilələr yaradıb, bir çox reyslər isə təxirə salınıb.
Sietldəki Milli Meteoroloji Xidmətin verdiyi məlumata görə, tufan 3 saatdan çox çəkib, bu müddət ərzində isə 1200-dən çox ildirim çaxıb.
Haskidə hava şəraiti səbəbindən futbol oyunu təxirə salınıb, bir qədər sonra elektrik enerjisinin kəsilməsi də stadiona zərər vurub.
Meteoroloqların dediklərinə görə, belə tufanlar bölgədə nadir hallarda baş verir.
İldırımın görüntülərini paylaşan sosial şəbəkə istifadəçiləri onları "dəli" adlandırsalar da, heyrətləndiklərini gizlətməyiblər.