HADİSƏ

Avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün xəstəxanaya çatdırılıb
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Türkiyədən gələn avtobus qəzaya düşdü: Ölən və yaralananlar var

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 14:30-da Şamaxı-Pirqulu yolunda qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.