CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sel qaz xəttini ikiyə böldü

Hazırda qəza baş verən ərazidə sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Goranboy rayonu Veyisli qəsəbəsinə gedən plastik qaz xəttinə birləşmə nöqtəsində çay keçidində güclü sel gəlib.

Qəbələni su ağuşuna aldı - FOTO

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA xəbər verib. "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, sel səhər saat 6 radələrində qaz xəttini 2 hissəyə bölüb.

Həmin saatlarda qaz təminatında fasilə yaranıb. Lakin təxirəsalınmaz tədbirlərlə günorta saatlarında 2200 abonentin qaz təminatı bərpa olunub. Hazırda qəza baş verən ərazidə sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb.