CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda polis xəstənin həyatını xilas etdi

Təcili tibbi yardım maşınını gözləməyən polis oğlanı xəstəxanaya çatdırıb
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Kürdəmirdə polis yolda yıxılıb köməksiz vəziyyətdə qalmış şəxsin həyatını xilas edib.

Polis sizi saxlayanda diksinməyin: bunu sizə görə edirlər

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Kürdəmir rayon Atakişili kənd sakini İsmayılov Ağasəf Ədalət oğlu yolu keçərkən halı pisləşib və yıxılaraq xəsarət alıb. Ətrafda olan insanların təcili tibbi yardım çağırmasına baxmayaraq, Ağasəf İsmayılov ərazidə xidmətdə olan Kürdəmir Rayon Polis Şöbəsinin bölmə rəisi Samir Məhərrəmovun rəhbərliyi ilə ərazidə xidmət aparan polis patrulunun avtomobilinə mindirilərək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və xəstəyə ilk tibbi yardım göstərilib.

Qeyd edək ki, A.İsmayılov epilepsiya xəstəsidir.