BAKI, 8 sentyabr — Sputnik. Hindistanın "Vikram" ay modulu ilə rabitəni itirib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, enişin son mərhələsində platforma telemetriya ötürülməsini dayandırıb.
Son əsas mərhələdə cihaz ayın səthində fırlanmalı və eniş üçün ərazini seçməli idi. Ancaq "Vikram" kursdan çox uzaqlaşıb və Yer peykinin bir kilometrliyində onunla əlaqə itib.
"Yaxşı olacağına ümid edirəm. Mən hamını təbrik edirəm. Siz bəşəriyyətə, elmə və ölkəyə böyük xidmət göstərdiniz. Biz çox şey öyrəndik, gələcəkdə bu biliyə ehtiyacımız olacaq, səyahətimiz davam edir" – deyə Hindistanın baş naziri Narendra Modi bildirib.
"Vikram" Yerin peykinə "Praqyan" lunoxodunu çatdırmalı və 14 gün ərzində Ayın cənub qütbü bölgəsindəki səthin mineraloji tərkibini öyrənməli idi.