BAKI, 8 sentyabr — Sputnik. Axşamdan yağan yağışlar Goranboy rayonunda Gorançayın daşmasına səbəb olub
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, məcrasından çıxan Gorançay sahil ərazilərdə bir sıra fəsadlar yaradıb, tiklilərə, obyektlərə ziyan dəyib. Xüsusən Goran qəsəbəsi ərazisində sel suları maşın təmiri sexinə, ticarət obyektlərinə, nəqliyyat körpüsü ətrafına dolaraq obyektlərin fəaliyyətinə, nəqliyyatın hərəkətinə ciddi problemlər yaradıb.
Qəsəbə ərazisində elektrik enerjisinin verilişində də fasilələr yaranıb.