BAKI, 8 sentyabr — Sputnik. Gəncədə müştəri gözəllik salonunun sahibəsini döyüb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən gözəllik salonlarının birində baş verib.
Salon xidmətlərindən istifadə edən qadın müştəri oranın sahibəsi 28 yaşlı Zəhra Əliyeva ilə mübahisə edib. Mübahisə davaya çevrilib və xəsarət alan salon sahibəsi xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.