HADİSƏ

Cəlilabadda qırılan elektrik naqilləri ev heyvanlarını tələf etdi

Hadisə ilə əlaqədar olaraq Alar kəndinə elektrik enerjisinin verilişi dayandırılıb
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Cəlilabad rayonunda elektrik naqillərinin işıq dirəyindən qırılaraq yerə düşməsi nəticəsində iki baş iribuynuzlu heyvan tələf olub.

Kürdəmirdə inək avtomobili "aşırdı", yaralılar var

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə Alar kəndində qeydə alınıb. Rayon ərazisində müşahidə olunan külək və yağış nəticəsində yüksək gərginlikli elektrik naqilləri qırılaraq kənd sakinləri - Rəsul Fərzullayevə və Vüsal Hüseynova məxsus iki iribuynuzlu heyvanın (inək) üzərinə düşüb. Nəticədə hər iki heyvan tələf olub.

Kənd sakinləri bununla bağlı rayonun hüquq-mühafizə orqanlarına və "Azərişıq" ASC-nin Cəlilabad Elektrik Şəbəkəsinə məlumat veriblər. Hadisə ilə əlaqədar olaraq Alar kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.