BAKI, 8 sentyabr — Sputnik. Almaniyada ənənəvi xəmir məhsulları festivalında qaynar yağın od alması nəticəsində on dörd nəfər xəsarət alıb.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Focus nəşri yerli polisə istinadən məlumat yayıb.
Hadisə bazar günü Şimali Reyn-Vestfaliya federativ torpağında baş verib. İlkin versiyaya görə, yağış damlaları qaynayan yağın içinə düşüb, bu isə alovlanmaya səbəb olub.
Yerli hakimiyyət qaz partlayışı versiyasını istisna edir.
Durumu kritik olan ən azı altı nəfər Köln və Rur bölgəsinin klinikalarına çatdırılıb.
Hadisə yerində polis, xilasedicilər və yanğınsöndürmə xidməti iş aparır.