CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquqlarınızı yeni mobil tətbiq və onlayn resursdan öyrənə bilərsiniz

Həssas və aztəminatlı əhali qrupuna hədəflənmiş resursa 8 sahə üzrə vacib məlumatlar daxildir. Resursu həmçinin smart telefona yükləməklə də isitifadə etmək mümkündür
Sputnik

BAKI, 9 sentyabr - Sputnik. Hüquqlar və qanunlar haqda nə qədər məlumatlısınız? Əmək qanunvericiliyi, nikah və ya əmlak məsələləri, sosial müdafiə və gündəlik həyatımızın ayrılmaz hissəsi olan digər hüquq sahələrində qanunvericilikdən xəbərdarıqmı? Heç bunu yoxladınızmı və ya qanunları öyrənməyə cəhd etdinizmi?

"Qanunlar yorucudur, bura girişməyə dəyməz" - deyib keçməyin. Bəlkə bunu özümüz üçün əyləncəyə çevirə bilərik?

Hüquqlarınızı yeni mobil tətbiq və onlayn resursdan öyrənə bilərsiniz

Sputnik Azərbaycan-ın məlumatına görə, hüquqi məlumatlılığınızı əyləncəli şəkildə artırmaq istəyirsinizsə  www.huquqoyren.az onlayn resursu sizə bu işdə yardımçı ola bilər.

Həssas və aztəminatlı əhali qrupuna hədəflənmiş resursa 8 sahə üzrə vacib məlumatlar daxildir. Resursu həmçinin smart telefona yükləməklə də isitifadə etmək mümkündür.

Bu resurs Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” üzrə "Aztəminatlı və həssas əhali qrupuna hüquqi yardım xidmıtinin yaxşılaşdırılması" təşəbbüsü çərçivəsində hazırlanıb.