İQTİSADİYYAT

Ekspert Avropanın marağını artıran layihənin perspektivlərindən danışdı

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, bu layihə Azərbaycanın nüfuzunun Xəzərin sağ sahilinə yayılmasında müstəsna əhəmiyyətə malik olacaq
Sputnik

Niderland Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmağa maraq göstərir. BTQ-nin açılışı iqtisadi perspektivləri olan vacib hadisədir. Bunu Trend-ə Niderland Xarici İşlər Nazirliyindən bildiriblər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan bu layihəni gerçəkləşdirməklə regionda mövqelərini gücləndirmək yolunda yeni bir addım atdı: “Bu layihə Azərbaycanın nüfuzunun Xəzərin sağ sahilinə yayılmasında müstəsna əhəmiyyətə malik olacaq. 2018-ci ildə sənaye obyektlərinin işə düşməsi ilə Azərbaycanın ixrac potensialı artacaq. Bakı-Tbilisi-Qars” onun logistikasının əsas elementi olacaq”.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz