CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda internetin verilməsində problem yaranıb

Artıq 3 saatdan çoxdur ki, şəhərin mərkəzi hissələrində, eləcə də bəzi mikrorayonlarında internetin verilməsində fasilə yaranıb
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Bu saatlarda Sumqayıtda internetin verilməsində problemlər yaşanır.

İnternet boşluğundan şikayət: Daş dövründən yaxa qurtara bilmirik

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, şəhərin çox hissəsini internetlə təmin edən SNTV provayderinin fəaliyyətində ciddi problemlər yaranıb.

Artıq 3 saatdan çoxdur ki, şəhərin mərkəzi hissələrində, eləcə də bəzi mikrorayonlarında internetin verilməsində fasilə yaranıb. Problemin yaranmasını əsas səbəb kimi texniki qəzanın baş verdiyi göstərilir. SNTV-dən problemin aradan qaldırılması istiqamətində təmir işlərinin aparıldığı bildirilib.