HADİSƏ

Polis əməliyyat keçirdi, avtomobildə silah tapıldı

Abşeron rayon sakini O.Həmzəyevin idarə etdiyi "Volkswagen Jetta" markalı avtomobilə baxış zamanı oradan "TT" markalı tapança aşkar edilərək götürülüb
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Abşeron sakinindən silah götürülüb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əldə edilmiş məlumat əsasında sentyabrın 4-də Binəqədi rayonu ərazisində əməliyyat-axtarış tədbiri keçiriblər.

Əməliyyat zamanı Abşeron rayon sakini O.Həmzəyevin idarə etdiyi "Volkswagen Jetta" markalı avtomobilə baxış zamanı oradan "TT" markalı tapança aşkar edilərək götürülüb.