CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələsən təndirə düşər – Vaxtından əvvəl nikaha daxil olanların STATİSTİKASI

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nikah yaşı 18 müəyyən olunub
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Nikahları rәsmi qeydә alınmış 18 yaşadәk gәlinlәrin sayı açıqlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, ötən il ərzində bağlanan ümumi nikahların sayı 62 min 484 olub. Bu nikahlardan 338-də gəlinlərin yaşı 18-dən aşağı olub. Bəylər arasında isə yaşı 18-dan aşağı olan şəxs qeydə alınmayıb.

Statistika Komitəsi əhali artımı ilə bağlı məlumat yaydı

Qeyd edək ki, 2017-ci ildə isə 62 min 923 nikahdan 317-də gəlinlərin, 1-də isə bəyin yaşı 18-dən aşağı olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nikah yaşı 18 müəyyən olunub.

Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.