HADİSƏ

Neftçalada ağır qəza: Ölənlər və yaralananlar var

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Neftçala rayonunda yol qəzası baş verib.

Hacıqabulda ağır qəza: ölən və yaralılar var

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Mersedes” və “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

"Mercedes” markalı avtomobildə olan Neftçala şəhər sakinləri - 2017-ci il təvəllüdlü Ələkbərova Humay Elçin qızı, “Lexus”un sürücüsü Xankişiyev Xanlar Ayaz oğlu hadisə yerində ölüblər. Bakı şəhər sakini, 1962-ciil təvəllüdlü Səmədova Mərviyyə Qurban qızı isə xəstəxanada dünyasını dəyişib.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.