BAKI, 7 sentyabr — Sputnik. Bakıda dəhşətli qətl törədilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qeyri-rəsmi münasibətdə olduğu Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın qısqanclıq zəminində başını kəsərək qətlə yetirib. Hadisədən sonra X. Hüseynov polisə təslim olub.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.