Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 7 sentyabr — Sputnik. Son illər Azərbaycanda nikahların sayında ciddi azalma qeydə alınıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, ötən il ərzində ölkədə cəmi 62 min 484 nikah bağlanıb. Bu rəqəm isə 2011-ci illə müqayisədə kifayət qədər aşağıdır.
Belə ki, son 18 ilin statistikasına görə, ən çox nikah bağlanan il 2011-ci il olub. Qeyd olunan dövrdə bağlanan nikahların sayı 88 min 145 olub. 2012-ci ildə bu rəqəmlərdə müəyyən qədər azalmalar olsa da, 2013-cü ildə rəqəmlərdə yenidən artım qeydə alınıb. Qeyd olunan dövrdə bağlanan nikahların sayı 86 min 852, 2014-cü ildə isə 84 min 912 olub. Bundan sonra isə nikahların sayında kəskin azalmalar qeydə alınıb.
Qeyd edək ki, 1990-cı ildə bağlanan nikahların sayı isə 73 min 119 olub.