CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan əhalisinin çoxunu qadınlar təşkil edir

"Hazırda sahibkar qadınların Azərbaycanda xüsusi çəkisi 30 faizə çatdırılıb" - Səadət Qəhrəmanova
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. "Nəinki Azərbaycanda, ümumiyyətlə bütün dünyada əhalinin çoxunu qadınlar təşkil edir. 

Statistika Komitəsi əhali artımı ilə bağlı məlumat yaydı
Hazırda qadınlarımız həm idarəetmə, həm qərar qəbuletmə sahələrində təmsil olunurlar. Hüquq-mühafizə orqanlarında, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qadınların sayı artmaqdadır. Ümumiyyətlə, son illərdə qadınların sahib olduqları müəssisələrin sayında da artım var. Qeyd edim ki, hazırda sahibkar qadınların Azərbaycanda xüsusi çəkisi 30 faizə çatdırılıb".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının açılışında çıxışı zamanı deyib.

O qeyd edib ki, həyata keçirilmiş layihələr nəticəsində 145 evdar qadın kiçik sahibkarlıq fəaliyyətinə başlayıb.