Ayasofya təhlükədə - Uça bilər

Seysmik aktivliyi, ətraf mühit şərtləri çatların gələcəkdə daha da böyüyəcəyinə zəmin yaradır.
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Türkiyənin ən böyük tarixi abidələrindən olan İstanbuldakı Ayasofya muzeyinin təməlində aparılan araşdırmaların nəticəsində təməldə çatlar olduğu müəyyən edilib.

Tariximizi yaşadan muzey suda "üzür", həm də səlahiyyətli qurumun müşahidəsi altında

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, tramvay xətləri və ağır tonnajlı avtomobillərin keçməsi gələcəkdə bu çatların böyüməsinə səbəb ola bilər.

Qeyd edək ki, Ayasofyanın təməlində olan deformasiyalar yeraltı radar (CPR) ilə araşdırılıb. Araşdırma zamanı zəif çatların böyük ana çatlarla əlaqəsinə də diqqət yetirilib.

Qeyd edilib ki, bölgənin seysmik aktivliyi, ətraf mühit şərtləri çatların gələcəkdə daha da böyüyəcəyinə zəmin yaradır.