On beş il ərzində milyonçu olmağa hazırlaşan gəncin inanılmaz aqibəti

Almaniyalı vəkil 15 il müddətində "Kim milyonçu olmaq istəyir?" teleşousunda iştiraka hazırlaşıb və nəticədə milyonçu olub
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Almaniyalı vəkil Yan Ştro (Jan Stroh) 15 il müddətində "Kim milyonçu olmaq istəyir?" teleşousunda iştiraka hazırlaşıb və nəticədə verilişə qatılaraq baş mükafatı - bir milyon avronu udub. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 35 yaşlı Ştro hətta özünün Hamburqdakı evinin zirzəmisində proqramın studiyasının analoqunu da quraşdırıb. Şounun ev versiyası səs və işıq effektləri ilə təmin edilib.

Rusiyalı qadın ölkənin ikinci şəxsinin istefasına səbəb oldu

O, verilişdə iştirak üçün bir neçə dəfə müraciət etsə də, rədd cavabı alıb. Nəhayət, günlərin birində şans onun üzünə gülüb və çəkilişlərə dəvət alıb.

Ştro bəyan edib ki, o, şounun bu vaxta qədərki 1407 buraxılışının birini belə buraxmayıb. Yeniyetmə vaxtlarında o, efirin vaxtını qaçırmamaq üçün hətta ailə bayramlarına qatılmayıb. Verilişdən sonra o, sual və cavabları ətraflı öyrənərək daha çox məlumatı əzbərləməyə çalışıb. Ştro hətta dostlarını dəvət edərək evdə viktorinalar keçirirmiş.

"Evdə 16 il ərzində keçirdiyim viktorinalar, şübhəsiz ki, mənə üstünlük verib", - o bildirib. Ştro deyib ki, 500 avroluq suala cavab verdikdən sonra arxayınlaşıb. "Özlüyümdə fikirləşdim ki, hər şey yaxşı olacaq, sadəcə, özünü evdəki viktorinadakı kimi hiss etmək lazımdır", - qalib etiraf edib.