Vışinski Moskvada – Ukrayna rusiyalı məhbusları qaytardı

"RİA Novosti Ukrayna" portalının rəhbərini gətirən təyyarə bu gün səhər Kiyevin "Borispol" hava limanından qalxıb
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Moskva və Kiyev arasında əldə edilmiş razılıq əsasında Ukraynanın azad etdiyi şəxsləri daşıyan təyyarə Rusiya Federasiyasının paytaxtında eniş edib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, təyyarə bu gün səhər Kiyevin "Borispol" hava limanından qalxıb. Göyərtədə azad olunmuş 33 şəxsin arasında "RİA Novosti Ukrayna" portalının rəhbəri Kiril Vışinski də olub.

Vışinski yaxın dəqiqələrdə Moskvaya uçacaq

Xatırladaq ki, Ukrayna məhkəməsi avqustun sonlarında Kiril Vışinskini azadlığa buraxıb. Belə ki, ona qarşı irəli sürülmüş qətimkan tədbiri dəyişilərək, barəsində şəxsi zaminlik qətimkan tədbiri seçilib. Jurnalist birinci tələb əsasında məhkəməyə və ya müstəntiqin yanına gəlməlidir.

Kiril Vışinski 2018-ci il mayın 15-də saxlanılıb. O, Donbasın tanınmamış respublikalarını dəstəkləməkdə və dövlətə xəyanətdə günahlandırılır.

Vışinski 400 gündən çox həbsdə olub. Ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə hələ keçirilməyib. Jurnalist özü ittihamları rədd edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Moskva və Kiyevin məhbus mübadiləsi danışıqlarında adı çəkilən şəxsləri bir müddət öncə əfv edib. Bundan əvvəl isə Rusiya Prezidenti Vladimir Putin məhbusların azad edilməsinə dair məsələnin yaxın günlərdə həll olunacağını deyib.