BAKI, 7 sentyabr — Sputnik. "RİA Novosti Ukrayna" portalının rəhbəri Kiril Vışinski yaxın dəqiqələrdə Kiyevdən Moskvaya uçacaq.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov bəyan edib.
Xatırladaq ki, Ukrayna məhkəməsi avqustun sonlarında Kiril Vışinskini azadlığa buraxıb. Belə ki, ona qarşı irəli sürülmüş qətimkan tədbiri dəyişilərək, barəsində şəxsi zaminlik qətimkan tədbiri seçilib. Jurnalist birinci tələb əsasında məhkəməyə və ya müstəntiqin yanına gəlməlidir.
Kiril Vışinski 2018-ci il mayın 15-də saxlanılıb. O, Donbasın tanınmamış respublikalarını dəstəkləməkdə və dövlətə xəyanətdə günahlandırılır. Bu ittihamlarla bağlı olaraq jurnalist 15 il müddətində həbs edilə bilər.
Vışinski 400 gündən çox həbsdə olub. Ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə hələ keçirilməyib. Jurnalist özü ittihamları rədd edib.