BAKI, 6 sentyabr — Sputnik. Türkiyədə yayımlanan "Star" qəzetinin içərisindən "Akşam" qəzetinin səhifələri çıxıb. Sputnik Türkiyə xəbər verir ki, baş verənlər oxucuların çaşqınlığına səbəb olub.
Belə ki, bu gün oxucular "Star" qəzetini səhifələyərkən "Akşam" qəzetinin 4 və 17-ci səhifələri ilə qarşılaşıblar.
Türkiyədə qəzetin içərisindən çıxanlar insanları şoka saldı
© Sputnik
Hər iki qəzetin "TürkMedya" şirkətinə aid oldunduğu bilinsə də, texniki olaraq belə bir qarışıqlığın mümkün olmadığı deyilir. Səhifələrin rotasiya prosesindən keçərkən dəyişik düşdüyü ehtimal edilir.