BAKI, 6 sentyabr — Sputnik. Türkiyənin daxili işlər naziri (DİN) Süleyman Soylu İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yerinə müvəqqəti sədrin təyin olunacağını istisna etməyib.
Bu barədə Sputnik Türkiyə xəbər verir.
Məlumata əsasən, Soylu bu məsələ ilə bağlı son qərarını sentyabrın 8-də elan edəcək.
Xatırladaq ki, daha əvvəl Türkiyə DİN rəhbəri İmamoğlunun Diyarbakıra səfərini sərt şəkildə tənqid edib. Səfər zamanı İmamoğlu Xalqların Demokratik Partiyasının (XDP) nümayəndələri ilə görüş keçirib.
Soylu bildirib ki, İmamoğlu öz səlahiyyətlərini yerinə yetirməlidir və əgər öz səlahiyyətlərini yetirmirsə, onda peşman olacaq.