Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 6 sentyabr — Sputnik. Tədris ili yaxınlaşdıqca müzakirə olunan məsələlərdən biri də məktəblərdə mobil telefon istifadəsi ilə bağlıdır. Bəs görəsən bu tədris ili necə, şagirdlərə dərsə mobil telefonla gəlməyə icazə veriləcəkmi?
Bununla bağlı Sputnik Azərbaycan Təhsil Nazirliyinə sorğu göndərib. Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərində mobil telefondan istifadə ilə bağlı rəsmi qadağa yoxdur: "Lakin tədris prosesi zamanı istifadəyə yol verilmir".
Qeyd edək ki, bu tədris ilindən Moskva məktəblilərinə təhsil müddətində cib telefonlarından istifadə etmək qadağan edilməyəcək. Bunu jurnalistlərə açıqlamasında Moskva şəhər Təhsil və Elm İdarəsi rəhbərinin müavini Aleksandr Molotkov söyləyib. Məlumata görə, bundan əvvəl Rusiya Təhsil Nazirliyi regional hakimiyyət orqanlarına məktəblərdə mobil telefon istifadəsinin məhdudlaşdırılmasını nəzərdən keçirməyi tövsiyə edib. Tövsiyələr beynəlxalq təcrübənin təhlili və Təhsil Nazirliyi, "Rosobrnadzor" və "Rospotrebnadzor" tərəfindən keçirilmiş ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Zəruri və mümkün olduğu hallarda məktəblərə şagirdlərin cib telefonlarını saxlama yerləri ilə təmin etmək tövsiyə olunur. Hətta Molotkov bildirib ki, ən başlıcası, qadcetlərdən təhsil prosesində düzgün istifadədir. O bildirib ki, həyatın ayrılmaz hissəsi olanı qadağan etmək olmaz. Uşaqlara onlardan faydalanmaları üçün düzgün istifadə etməyi öyrətməliyik.
Azərbaycanda isə məktəblərdə şagirdlərə məktəbə mobil telefon istifadəsinə icazə verilmir. Buna səbəb kimi, mobil telefonun dəsr prosesini pozması göstərilir.