Nazir Makronun xanımını təhqir etdi

Bir qədər sonra isə nazir işlətdiyi ifadələrə görə üzr istəyib, bunu "zarafat" adlandırıb və "şəxsiyyətlərə keçmək istəmədiyini" bildirib
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. Braziliyanın İqtisadiyyat naziri Paulu Gedes Fransa Prezidenti Emmanuel Makronun xanımı Briciti təhqir edib.

Bu barədə Sputnik xəbər verir.

"Prezident (Braziliya Prezidenti Jair Bolsonaru - red.) yalan deməmişdi, o, doğrudan da, eybəcərdir", nazir Fortaleza şəhərində keçirilən iqtisadi forumda çıxış edərkən deyib.

O, həmçinin əlavə edib ki, eybəcər qadınlar olmur, yalnız uğursuz rakurslar olur.

Bir qədər sonra isə nazir işlətdiyi ifadələrə görə üzr istəyib, bunu "zarafat" adlandırıb və "şəxsiyyətlərə keçmək istəmədiyini" bildirib.

Məşhur yazıçı prezidentin hərəkətlərinə görə üzr istədi

Bu Braziliya siyasətçilərinin Fransa liderinin xanımına qarşı ədəbsizlik etdiyi ilk hal deyil.  Avqustun sonunda Braziliya Prezidentinin Facebook-dakı izləyicilərindən biri onun rəsmi səhifəsində fotokollaj yerləşdirmişdi. Kollajda Jair Bolsonaru 37 yaşlı xanımı Mişel və Emmanuel Makron 66 yaşlı xanımı Bricitlə yanaşı təsvir olunublar. Şəklin altından isə istifadəçi Makronun məhz Mişelə görə Bolsonarunun ardınca düşməsini yazıb. Jair Bolsonaru bu şəklin altında "kişini aşağılamayın" məzmunlu kinayəli şərhlə cavab verib. Bundan sonra Makron bəyan edib ki, bu hərəkəkətinə görə Bolsonaru utanmalıdır, Braziliya isə "özünü normal aparmağı bacaran prezidentə" layiqdir.