RUSİYA

Rusiyada MSK rəhbərinə hücum oldu - Elektroşoker işə düşdü

Maskada olan cinayətkar MSK rəhbərinin evinə terrasdan daxil olub və Pamfilovanı bir neçə dəfə elektroşokerlə vurub və aradan çıxıb
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. Moskva ətrafında Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın evinə qarət məqsədilə hücum edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"-yə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə cümə günü şəhərin İstra dairəsində baş verib.

Maskada olan cinayətkar MSK rəhbərinin evinə terrasdan daxil olub və Pamfilovanı bir neçə dəfə elektroşokerlə vurub və aradan çıxıb.

Faktla bağlı cinayət işi qaldırılıb, Rusiya DİN rəhbərliyi işi nəzarətə götürüb.