Partiya sədri çətin vəziyyətdə - Sarqsyan və Koçaryanı...

Sputnik

BAKI, 6 sentyabr — Sputnik. Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Çarukyan çaşqın vəziyyətə düşüb. Belə ki, o, öz qızının biznesmen Xaçatur Sukiasyanın oğlu ilə toyuna Ermənistanın sabiq prezidentlərini çağırıb-çağırmamağa dair qərar verə bilmir. Bu barədə Sputnik Ermənistan "İrates" nəşrinə istinadən xəbər verir.

Hazırda Çarukyan və Sukiasyan qızğın şəkildə toya hazırlaşırlar. Gənclərin toyu sentyabrın 7-nə planlaşdırılıb. Ümumilikdə toya 500-ə yaxın qonaq dəvət olunub.

"Çarukyan Serj Sarqsyanı toya dəvət edib-etməməyə qərar verə bilmir. Çünki bu addım ölkənin baş naziri Nikol Paşinyanın qəzəbinə səbəb ola bilər. O, Paşinyanın özünün də toyda iştirak edib-etməyəcəyini bilmir. Lakin əmindir ki, Sukiasyan baş naziri ondan qabaq toya dəvət edib. Çarukyanı Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsxanadan mümkün azadlığa buraxılması ilə bağlı vəziyyət də narahat edir", - deyə nəşr yazır.

Toya yerli və xarici ulduzlar dəvət olunublar.