Əfsanəvi telefon yenidən istehsal ediləcək

Yeni "2720 Flip" telefonuna müxtəlif proqramları yükləmək mümkündür
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. "Nokia" brendi altında mobil cihazların istehsalı və satışı ilə məşğul olan "HMD Global" şirkəti əfsanəvi "2720 Flip" qatlanan telefon modelini yenidən istehsal edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu şirkət rəsmi saytında bəyan edib.

"Nokia 2720 Flip" və digər dörd yeni telefon modeli Berlində baş tutmuş "IFA" sərgisində artıq nümayiş edilib.

Bildirilir ki, "Nokia 2720 Flip" telefonuna müxtəlif proqramları, o cümlədən mesajlaşma proqramlarını yükləmək mümkündür.

Telefon "KaiOS" əməliyyat sistemi, 2 meqapiksellik kamera, 512 meqabaytlıq operativ yaddaş və 1500 mAh gücündə batareya ilə təchiz olunub.

Yeni "Nokia 2720 Flip" həmçinin "4G" şəbəkəsində fəaliyyət göstərə bilir.