BAKI, 5 sentyabr — Sputnik. Azərbaycanlı stilist Anar Ağakişiyev növbəti dəfə əl işini nümayiş etdirib. Sputnik Azərbaycan xəbər verir ki, o, gənc modellə hazırladığı video çarxı öz "Instagram" hesabında paylaşıb.
Stilist videoya bu fikirləri əlavə edib: "Əziz izləyicilərim. Tənqidə həssas yanaşdığım üçün növbəti işimi nəzərdən keçirməyinizi və şərhlərdə fikirlərinizi bildirməyinizi istərdim. Gələcək video çəkilişlər üçün modellərə - yanıq və ya çapıq kimi oxşar dəri problemləri olan gənc və ya yetkin insanlara ehtiyacım olacaq".
Qeyd edək ki, stilist Anar Ağakişiyev indiyə qədər Flora Kərimova, Gülyanaq Məmmədova, Nüşabə Ələsgərli, aktrisa Həmidə Ömərova, Nahidə Orucova və digər ünlü isimlərin makiyajını edib. Həmçinin o, Nikol Şerzinger, İrina Şayk, Alsu kimi ulduzların stilisti olub.