BAKI, 5 sentyabr — Sputnik. Türkiyə nüvə silahını əldə etməyə can atmır.
Sputnik AzərbaycanAnadolu Agentliyi-nə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyip Ərdoğan Sivas şəhərində baş tutmuş Mərkəzi Anadolunun İqtisadi Forumunda deyib.
"Bəzilərinin nüvə döyüş başlıqlı raketləri var, amma məndə onlardan olmasın, mən bunu qəbul etmirəm", - Türkiyə lideri qeyd edib.
Dövlət başçısı həmçinin ölkənin maliyyə sektorunda vəziyyətə də toxunaraq, faiz dərəcələrində və inflyasiyada azalma müşahidə edildiyini bildirib.
Ərdoğan bu tendensiyanın bundan sonra da davam edəcəyinə əmin olduğunu deyib.
O, həmçinin Türkiyənin maliyyə baxımından uğurlu ölkə olduğunu qeyd edib: "Bu uğur iqtisadi baxımdan bizi daha da güclü edir".
Prezident əlavə edib ki, 2020-ci il üçün Türkiyənin məqsədi iqtisadi artım templərini 5 faizə qədər qaldırmaqdır.