CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bəzi rayonlarında qaz təchizatı dayandırılacaq

Bakının Sabunçu və Xəzər rayonlarında qazın verilişində qısamüddətli fasilələr yaranacaq
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Bu gün səhər saat 10.00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.