RUSİYA

Türkiyəli hərbçilər Rusiyada təlimlərə başladılar

Gələn ilin iyununda isə təlimlər və digər fəaliyyət başa çatdıqda bütün sistem istifadəyə hazır olacaq
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. Türkiyəli hərbçilər "S-400" zenit-raket komplekslərinin istifadəsi ilə bağlı Rusiyada təlimlərə başlayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində yerləşdirib.

Məlumatda qeyd olunur ki, Türkiyə Hərbi Hava Qüvvələrinin personalı "S-400"lərlə bağlı təlimləri Rusiyanın Qatçina şəhərində keçir.

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir isə bildirib ki, bu ilin sonuna qədər "S-400"lər Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçəcək: "Gələn ilin iyununda isə təlimlər və digər fəaliyyət başa çatdıqda bütün sistem istifadəyə tam hazır olacaq".