HADİSƏ

Qobustanda cinayət: Mülkə görə qardaşı və bacısının qanın tökdü

Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib.
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yevlaxda gecə vaxtı qətl törədildi

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, Nərimankənd kəndində kişi öz bacısı,1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızını və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğlunu bıçaqlayıb.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib.