BAKI, 4 sentyabr — Sputnik. Bakının "Torqovı" kimi tanınan Nizami küçəsindəki binalardan birində yanğın olub.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytılna istinadən bildirir ki, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Səbail rayonu üzrə Yanğından Mühafizə Xidmətinin 4 texnikası və canlı qüvvəsi, 2 təcili tibbi yardım briqadası cəlb edilib.
APA-nın verdiyi məlumata görə, ikisi azyaşlı olmaqla, ümumilikdə 4 nəfər yanğın zamanı tüstüdən zəhərlənib. Yanğın söndürülüb, alovların digər mənzillərə keçməsinin qarşısı alınıb.