MƏDƏNİYYƏT

Ramiz Rövşən adını aldı, Musa Yaqub sabaha qaldı

Nazir bu gün təltif edilən incəsənət və ədəbiyyat xadimlərinin Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən insanlar olduğunu qeyd edib
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. Prezident İlham Əliyevin bu ilin may ayında imzaladığı sərəncama əsasən Xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova "Şöhrət" ordeni, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub "Xalq şairi", yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud "Xalq yazıçısı" fəxri adlarına layiq görülüblər.

Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 4-də ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.

Sonra Əbülfəs Qarayev dövlət təltiflərini mədəniyyət xadimlərinə təqdim edib, onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.Nazir bu gün təltif edilən incəsənət və ədəbiyyat xadimlərinin Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən insanlar olduğunu qeyd edib.

Təltif olunanlar Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildiriblər.

Qeyd edək ki, tanınmış şair Musa Yaqub və Vahid Əzizə "Xalq şairi" fəxri adları sabah - sentyabrın 5-də təqdim olunacaq. Bunu "Report"a açıqlamasında M.Yaqub özü deyib.

O bildirib ki, fəxri adın təqdim olunması üçün sentyabrın 5-də Mədəniyyət Nazirliyinə dəvət edilib: "Rayonda olduğuma görə bu gün keçirilən təqdimata çatdıra bilmədim".