BAKI, 4 sentyabr — Sputnik. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs müəyən olunaraq tutulub. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Musayev "28 May" stansiyasında cibində olan 188 manat pulunun oğurlandığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən olunub.
"İsti izlər"lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Xırdalan şəhər sakini N.Heydərov metronun "Koroğlu" stansiyasında tutulub.
Faktla bağlı araşdırma aparılır.