BAKI, 3 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Əfqanıstandan 5400 hərbçisini çıxaracaq. Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir ki, bu bənd Birləşmiş Ştatlar və Taliban üzvləri arasında əldə olan razılaşmanın mətnində yer alıb.
Tərəflər arasında razılaşmanın detallarına əsasən, 5400 hərbçi 20 həftə ərzində Əfqanıstan ərazisini tərk etməlidir.
Qeyd edək ki, mövcud sazişin qüvvəyə minməsi üçün onun ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməsi lazımdır.
Xatırladaq ki, hazırda Əfqanıstanda 14000 ABŞ hərbçisi var.