CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlığın son gecəsi - cinayətlərin yaşı kiçilir

Ötən il Azərbaycanda beş yüzədək uşaq cinayət törədib
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Ötən il Azərbaycanda cinayət törədən 14-17 yaşlı uşaqların sayı 471 olub.

Məktəblilərin matçı atışma ilə bitdi: Ölənlər və yaralananlar var
  Sputnik Azərbaycan-ın xəbərinə görə, bu rəqəm daha öncəki illə müqayisədə nisbətən aşağı olub. Belə ki, 2017-ci ildə cinayət törədən uşaqların sayı 486 olub. Ümumilikdə, təxminən 20 illə müqayisədə də rəqəmlərdə azalmalar müşahidə olunur. Belə ki, 1995-ci ildə cinayət törədən belə uşaqların sayı 945 olub. Cinayət törətmiş şəxslərin ümumi sayında 14-17 yaşda olan uşaqların xüsusi çəkisi 2.9 faiz olub.

Qeyd edək ki, ötən il bu səbəbdən məhkum olunan 14-17 yaşlı uşaqların sayı isə 323 olub. Lakin rəqəmlərə nəzər yetirdikdə öncəki bir neçə illə müqayisədə ötən il ərzində cinayət törətdiyinə görə məhkum olunan uşaqların sayında artım nəzərə çarpır. Belə ki, 2010-cu ildə belə uşaqların sayı 238, 2015-ci ildə 286, 2016-cı ildə 261, 2017-ci ildə isə 323 olub. Qəsdən adam öldürmə və adam öldürməyə cəhd etmədə belə uşaqların ümumi çəkisi 2.9 faiz, oğurluqda 9,0 faiz, soyğunçuluqda 5,6 faiz, quldurluqda 10 faiz, xuliqanlıqda 3,4 faiz, narkotik maddələrlə bağlı cinayətlərdə 0,2 faiz təşkil edib.