BAKI, 3 sentyabr — Sputnik. "BakuBus" MMC-yə məxsus avtobusun pəncərə şüşəsi naməlum şəxslər tərəfindən sındırılıb.
Bu barədə Sputnik Azərbaycan-a "BakuBus" MMC-dən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə 02.09.2019-cu il tarixində saat 20 radələrində Gəncə prospektində qeydə alınıb. Belə ki, 21 nömrəli marşrut xətti üzrə metronun "28 May" stansiyasının qarşısından "Əhmədli" stansiyası istiqamətində hərəkət edən avtobusa yolun kənarındakı ağacların arasından naməlum şəxslər tərəfindən ağır əşya atılıb. Həmin əşya avtobusun pəncərəsinə dəyib və zərbənin gücündən şüşə sınıb. Hadisə ilə bağlı Bakı şəhəri Xətai rayon 35-ci Polis Bölməsində araşdırma başlanıb.