CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mövsüm bitir, sonuncu reys sabahdır

Mövsümlə əlaqədar olaraq Batumi istiqamətində sonuncu reys sentyabrın 4-də yola düşəcək
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşən sərnişinlərin son 3 ay üzrə (iyun, iyul, avqust) statistikasını açıqlayıb.

Sputnik Azərbaycan-a Kompleksdən verilən məlumata görə, avtovağzaldan həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlərə avtobus reysləri mövcuddur. Yay mövsümü ilə əlaqədar olaraq, hər iki istiqamətdə sərnişin sayında artım müşahidə olunurdu. 

Bakı-Moskva reysində olay: Təyyarə təcili Volqoqrada endi
Belə ki, qeyd olunan 3 ay ərzində ümumilikdə 38 089 reyslə 1014 748 sərnişinin avtovağzaldan gedişi təmin olunub. Bunlardan 92 916 sərnişin beynəlxalq reyslərlə səfər edib. Beynəlxalq istiqamətlərdə İstanbul, Marneuli, Tbilisi və Batumi, şəhərlərarası istiqamətlərdə isə Gəncə, Qırmızı Körpü, Quba, Mingəçevir, Qusar, Şəki şəhərlərinə səfər edənlər üstünlük təşkil ediblər.

Məlumat üçün qeyd edək ki, mövsümlə əlaqədar olaraq Batumi istiqamətində sonuncu reys sentyabrın 4-də yola düşəcək. Xatırladaq ki, biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. Onlayn qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.