CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki uşaq sahibsiz itin qurbanı oldu

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və onlara quduzluq əleyhinə peyvənd vurulub
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Kürdəmir rayonunda iki yeniyetməni it dişləyib.

Bakının ortasında faciə: 3 yaşlı uşaq xəstəxanalıq oldu

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə Bala Kəngərli və Şahsevən kəndlərində qeydə alınıb.

Belə ki, həmin kəndlərin sakinləri - 2004-cü il təvəllüdlü Aytən İsmayıl qızı Nəbiyeva və 2008-ci il təvəllüdlü Səbuhi Saleh oğlu Novruzovu it dişləyib.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və onlara quduzluq əleyhinə peyvənd vurulub.