CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hələ bir həftə "nazını çəkəcəyik" - faktiki hava durumu açıqlandı

Sentyabrın 2-də Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Sentyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Həssas insanların da günü gəldi

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən xəbər verir ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 27 mm (aylıq normanın 150 faizi), Zabratda 20 mm (aylıq normanın 116 faizi), Bakıda 18 mm (aylıq normanın 104 faizi), Maştağada 12 mm (aylıq normanın 53 faizi), Binədə 8, Pirallahıda 5 mm, Böyük Qafqazda: Xaltanda 18, Qubada 15, Sarıbaşda (Qax), Qusarda 9, Mərəzədə 8, Oğuz, Altıağac, Kişçayda (Şəki) 6, Xınalıqda 5, Şahdağda 3, Xaçmaz, Şabranda 2, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qırız, Nabranda 0-1 mm, Lənkəran-Astara zonasında: Astarada 7, Biləsuvarda 3, Lənkəran, Neftçalada 1, Mərkəzi aran rayonlarında: Tərtərdə 5, İmişlidə 3, Cəfərxan, Bərdədə 2, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad, Salyanda 0-1 mm, Qazax-Gəncə zonasında: Zəyəmçay-Ağbaşlar HMM-da (Tovuz) 10.3, Naftalan, Şəmkir, Ağdam, Köçəsgərdə (Ağstafa) 4, Gəncədə 3, Dağkəsəmən, Düz Qışlaqda (Ağstafa) 2, Ceyrançöl, Tovuz, Ağstafada 1 mm, Kiçik Qafqazda: Dəstəfürçay-Qaraqollar HMM-da 21 mm (aylıq normanın 52 faizi), Gəncəçay-Gədəmiş HMM-da (Daşkəsən) 16.2, Çaykənddə (Göygöl) 10.4, Gədəbəydə 14, Göygöldə 10, Daşkəsəndə 8 mm, Naxçıvan MR-da: Sədərəkdə 7, Ağdərədə (Ordubad) 5, Şərurda 4, Şahbuzda 3, Naxçıvanda 2, Ordubadda 1 mm təşkil edib.

Sentyabrın 2-də Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub.

Qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək.