CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əri tərəfindən on dörd bıçaq zərbəsi alan qadın və bacısının son durumu

Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Ötən gün Binəqədi rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə  Binəqədi şossesi, döngə 4 ünvanında baş verib. 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızı yoldaşı İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu tərəfindən bıçaqlanıb.

Həmin şəxs baldızı, 32 yaşlı Roza Mahmudovaya da bıçaq zərbəsi endirib. 14 bıçaq zərbəsi alan Ruhəngiz Mahmudova və bacısının səhhəti ilə bağlı Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, həmin şəxslər gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımı tibbi yardım göstərilib.

Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.