CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəli ucaldılır

Heykəl Nərimanov rayonunda milli qəhrəmanın adını daşıyan küçədə ucaldılır
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə heykəli ucaldılır.

Düz 27 il əvvəl məşhur telereportyor həyatını itirdi və vətəninə milli qəhrəman qazandırdı

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

Onun sözlərinə görə, heykəl Nərimanov rayonunda milli qəhrəmanın adını daşıyan küçədə ucaldılır: “Hazırda heykəlin quraşdırılma işləri gedir”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət etmişdi.