Bu dəfə Ruhani Vaşinqtona sərt xəbərdarlıq etdi

Ruhani tərəflər arasında dialoqun İranın nüvə proqramı çərçivəsində "altılıq" formatında aparılmasını istisna etməyib
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. İran Prezidenti Həsən Ruhani Birləşmiş Ştatlarla ikitərəfli formatda danışıqların aparılması imkanını tamamilə istisna edib. Bu barədə Sputnik Azərbaycan "İRNA" agentliyinə istinadən xəbər verir.

Ruhani eyni zamanda vurğulayıb ki, tərəflər arasında dialoqun İranın nüvə proqramı çərçivəsində "altılıq" formatında aparılmasını istisna etməyib: "Əgər Birləşmiş Ştatlar bütün sanksiyaları aradan qaldırsa, əvvəlki kimi "5+1" formatı çərçivəsində dialoqa daxil ola bilər".